“Çelsi” Kostanı 60 milyona alacaq

"Çelsi" və "Atletiko Madrid" hücumçu Dieqo Kostanın İngiltərəyə köçməsi ilə bağlı razılığa gəliblər. Apasport.az saytının məlumatına görə, londonlular 25 yaşlı futbolçunu almaq üçün 60 milyon avro ödəyəcək. "El Confidencial"ın yazdığına görə, hələ mövsümün əvvəlində Kostanı 25 milyon avroya almaq olarmış. Amma hücumçunun bu mövsüm nümayiş etdirdiyi mükəmməl oyun onun qiymətinin xeyli qalxmasına səbəb olub. "Atletiko" isə hücumçu ilə qiymətinin daha 35 milyon avro artması ilə bağlı razılığa gələ bilib.  

Qeyd edək ki, "Çelsi" və "Atletiko" Çempionlar Liqasının yarımfinalında üz-üzə gələcəklər. Amma Dieqo Kostanın bu oyunlarda iştirak edib-etməyəcəyi məlum deyil. Hücumçu İspaniya çempionatının son turunda rəqib qapısına qol vuran zaman ciddi zədələnib. Onun zədəsinin nə qədər ciddi olduğu barədə məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31