Avropanın ən güclüsü müəyyənləşdi
15 Aprel 2014 20:40 İdmanUEFA-nın ilk dəfə keçirdiyi Yeniyetmələr Liqasının qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan klubların yeniyetmə komandaları arasında turnirin finalında Pireney təmsilçiləri üz-üzə gəlib.
İspaniya "Barselona"sı ilə Portuqaliya "Benfika"sı arasında qarşılaşma böyükhesablı nəticə ilə başa çatıb. Karaloniya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib və kuboku İspaniyaya aparıb. "Barselona"nın qollarından ikisini Əl-Haddadi, birini isə Qarin vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31