Arsen Venger: "Kuboku qazanacağıq"

"Arsenal" klubunun baş məşqçisi Arsen Venger Premyer Liqanın növbəti turunda qarşılaşacaqları "Vest Hem"lə oyunöncəsi fikirlərini bölüşüb. Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, mətbuat konfransı keçirən fransalı mütəxəssis mövsümü kubokla başa vuracaqlarına inandığını bildirib:

"Vest Bromviç"lə görüşdə azarkeşlərimiz möhtəşəm idi. Onların dəstəyini hər zaman hiss etmək istəyirik. Mövsümü titulla bitirmək şansımız var. Premyer Liqanı dördüncü başa vurub, FA kubokunu da qazanmağa çalışacağıq. Bunu bacaracağımıza inanıram".

Qeyd edək ki, "Arsenal" - "Vest Hem" matçı bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31