Mourinyo türkiyəli futbolçunu istəyir
14 Aprel 2014 21:33 İdmanSon turlar Almaniya Bundesliqasında vurduğu qollarla diqqətləri üzərinə çəkən Hakan Çalhanoğlu İngiltərədən təklif alıb.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Londonun "Çelsi" klubu türkiyəli futbolçunu transfer etməyi planlaşdırır.
Əsasən universallığı ilə seçilən 20 yaşlı futbolçunun "Hamburq"la 2018-ci ilə qədər müqaviləsi var. Lakin "Çelsi"nin baş məşqçisi Joze Mourinyo yeni mövsümdən Çalhanoğlunu komandasında görmək istəyir. "Zadəganlar" gənc futbolçunun keçidi üçün qarşı tərəfə 10 milyon avro təklif edib.
Qeyd edək ki, H.Çalhanoğlu bu mövsüm keçirdiyi 28 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31