Ançelotti: "Zidan əla məşqçi olacaq"

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti köməkçisi Zinəddin Zidan haqda xoş sözlər deyib. Qol.Az-ın məlumatına görə, "Marca" qəzetinə danışan italiyalı mütəxəssis Zidanın gələcəkdə çox yaxşı baş məşqçi olacağına inandığını bildirib:

"Düzünü desəm, Zidan məndən daha çox futbolçularla ünsiyyətdə olur. Bu mənada onda sərbəstlik var. Mən futbolçularla çox sıx münasibət qurmuram. Çünki komandada hər kəsin öz işi olmalıdır. Əminəm ki, Zidan fərdi məşqçilik karyerasına başlasa, ondan gələcəkdə əla mütəxəssis olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31