“İnter”in müdafiəçisi zirvədə
14 Aprel 2014 19:06 İdmanTopaz Premyer Liqasının ən məhsuldar müdafiəçilərinin siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, XXX turun qarşılaşmalarından sonra çempionatın müdafiəçi-bombardiri adı sahibini dəyişib.
"Neftçi" ilə qarşılaşmada dubla imza atan "İnter"in müdafiəçi Matiya Şpiçiç qollarının sayını 5-ə çatdırıb. Bununla, xorvatiyalı arxa xətt oyunçusu müdafiəçilər arasında 1-ci pilləyə yüksəlib.
Matiya mövsümün rekordçusu Karlos Kardosonu arxada qoyub. "Neftçi"nin müdafiəçisinin hesabında 4 qol var. Bu iki lideri izləyən digər 3 futbolçu isə hərəyə 3 dəfə fərqlənib.
Qeyd edək ki, 5 ən məhsuldar müdafiəçidən 4-ü legioner və yalnız Mahir Şükürov yerli oyunçudur.
|
1 |
Matiya Şpiçiç |
5 |
|
2 |
Karlos Kardoso |
4 |
|
3-5 |
Mahir Şükürov |
3 |
|
Adrian Skarlatake |
3 |
|
|
Yure Travner |
3 |
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31