“Xəzər Lənkəran” Qəbələdə məşq etdi
14 Aprel 2014 20:30 İdmanPremyer Liqanın XXX turunda səfərdə "Bakı" ilə 2:2 hesablı bərabərliyə qalan "Xəzər Lənkəran" dünən Qəbələyə yola düşüb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ölkə kubokunun ilk yarımfinal qarşılaşmasında "Qəbələ"nin qonağı olacaq Lənkəran təmsilçisi "Qafqaz Resort" otelində məskunlaşıb.
Komanda dünən axşam saatlarında "Qəbələnd" istirahət mərkəzinin təbii örtüklü meydançasında ilk məşqinə çıxaraq hazırlığına start verib. Bu gün adıçəkilən məkanda növbəti məşqinə çıxacaq "Xəzər Lənkəran" sabah Qəbələ şəhər stadionunda oyunöncəsi son hazırlığını keçərək matç saatını gözləyəcək.
Qeyd edək ki, "Qəbələ" - "Xəzər Lənkəran" yarımfinal qarşılaşması aprelin 16-da saat 16:00-da start götürəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31