Türk futbolunda "kağız bilet" dövrü bu gündən etibarən sona çatdı
14 Aprel 2014 17:38 İdmanTürk futbolunda "kağız bilet" dövrü bu gündən etibarən sona çatdı. Türkiyənin Gənclik ve İdman Nazirliyi tərəfindən futbol meydançalarında xoş olmayan hadisələrin qarşısını almaq üçün elektron biletin (e-bilet) təşkili ilə "Passolig" kart dövrü başlayıb. Bu işin həyata keçirilməsi nəticəsində futbol azarkeşlərinin futbolda xuliqanlıq olaylarının yaşanmasının qrşısının alınması və tribunaların xoş olmayan, istənməyən görüntülərdən təmizlənməsi gözlənilir.
Yeni qayda ilə əlaqədar olaraq 14 aprel tarixindən etibarən elektronik kart (Passolig kart) sahibi olmayanlara bilet satışı olmayacaq.
Matçlara getmək istəyənlər, əvvəlcə "www.passolig.com.tr" sitəsi ve ya özəl satış yerlərindən passolig kartlarını alacaklar. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31