Messiyə yeni müqavilə
14 Aprel 2014 15:34 İdman"Barselona" klubu komandanın hücumçusu Lionel Messiyə yeni müqavilə təklif edib. Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, hər iki tərəf dünya çempionatının startına qədər danışıqları başa vurmağı düşünür. Argentinalı futbolçunun Kataloniya klubu ilə mövcud sözləşməsi 2018-ci ildə başa çatacaq. Lakin "Barselona" rəhbərliyi Messini daha uzun müddətə komandada saxlamağı planlaşdırır. Ulduz futbolçunun "Barselona"dan 5 illik müqavilə və ilinə 25 milyon avro maaş tələb etdiyi bildirilir.
Qeyd edək ki, "Barselona" ilə danışıqlar uğursuz alınacağı təqdirdə Messinin İngiltərənin "Mançester Siti" klubuna transfer olunacağı iddia edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31