“Ümid” yarışı sona çatdı
14 Aprel 2014 14:14 İdmanAzərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının 12-13 aprel 2014-cü il tarixlərində "ClimBaku" idman dırmanması mərkəzində yeniyetmə və gənclər arasında idman dırmanması üzrə keçirdiyi növbəti "Ümid" yarışı sona çatıb.
Yarışın final mərhələsində qaliblərə diplomlar təqdim olunub.
Yeniyetmə və gənclər arasında idman dırmanması üzrə "Ümid" çempionatında komandalararası yarışında ümumi nəticələrə görə FHN "Ekstremal" idman komandası I, "AMEAST" komandası II, "Qərb Universiteti" komandası isə III yerə çıxıb. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31