"Yuventus"la indi qarşılaşmaq daha yaxşıdır, nəinki finalda"
11 Aprel 2014 19:20 İdmanPortuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqo Avropa Liqasının yarımfinalında "Yuventus"la qarşılaşan "Benfika"nın mərhələ keçmək şanslarını dəyərləndirib. Qol.Az-ın "Tmw"yə istinadən verdiyi məlumata görə, "Benfika"nın böyük təcrübəyə malik olduğunu deyən Fiqo Portuqaliya təmsilçisinin "Yuventus" səddini keçə biləcəyini iddia edib:
"Benfika" böyük komandadır və Avropada böyük təcrübəyə malikdir. Bu komanda ötən mövsüm Avroliqanın finalına yüksəlmişdi. "Yuventus" da hazırda yaxşı formadadır. Düşünürəm ki, "Benfika"ya indi "Yuventus"la qarşılaşmaq daha yaxşıdır, nəinki finalda. Final matçı Turində keçiriləcəyindən "Benfika"ya çox çətin olacaqdı. Bununla belə, hər iki komandanın finalda oynamaq şansı var".
Qeyd edək ki, bu komandalar arasında oyunlar 24 aprel və 1 may tarixlərində keçiriləcək.