UEFA-dan "Atletiko"ya xoş xəbər
11 Aprel 2014 19:54 İdmanUEFA "Atletiko" (Madrid) klubunun qapıçısı Tibo Kurtuanın Çempionlar Liqasının yarımfinal mərhələsində "Çelsi"yə qarşı oynayıb-oynamayacağı barədə rəsmi məlumat yayıb. Qol.Az-ın məlumatına görə, "Çelsi"yə məxsus olan belçikalı qolkiperin müqaviləsində göstərilib ki, yarımfinal və ya finalda bu komandalar üz-üzə gələrsə, Kurtua Madrid klubuna yalnız 6 milyon avro qarşılığında kömək edə bilər.
Ancaq qitənin ali futbol qurumu rəsmi saytından bu müqavilənin ÇL-də etibarlı olmadığını bildirib. Bu səbəbdən "Atletiko" London təmsilçisi ilə qarşılaşsa belə, Kurtuanın xidmətindən yararlana biləcək.
Qeyd edək ki, bu komandalar arasında oyunlar 22-30 aprel tarixlərində keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31