Berti Foqts Topaz Premyer Liqanın iki oyununu izləyəcək

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqanın 30-cu turunun iki oyunun izləyəcək.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, almaniyalı mütəxəssis "Bakı" - "Xəzər Lənkəran" və "İnter" - "Neftçi" matçlarına stadiondan baxacaq.

Qeyd edək ki, B.Foqtsun  köməkçiləri Aslan Kərimov "Sumqayıt - Simurq" görüşünü,  Mahmud Qurbanov isə "Qarabağ" - "Rəvan" qarşılaşmasını izləyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31