Mourinyonun cəriməsini azarkeşlər ödəyəcəklər
11 Aprel 2014 20:48 İdman"Çelsi"i baş məşqçisi Joze Mourinyoya kəsilən cəriməni azarkeşlər ödəyəcəklər. Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis "Aston Villa" ilə matçda meydançaya girərək hakimə etiraz etdiyi üçün İngiltərə Futbol Federasiyası tərəfindən 8 min funt-sterlinq məbləğində cərimə edilib.
Bu qərardan sonra London klubunun azarkeşləri həmin cəriməni ödəmək üçün kampaniya başlayıblar. Onlar aprel 13-ü, "Suonsi" ilə matça qədər 8 min funt sterlinq yığaraq Mourinyoya dəstək olacaq və pulu federasiyaya ödəyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31