Beyl: "Uzun müddət "Real"da oynamaq istəyirəm"

"Real" (Madrid) klubunun futbolçusu Qaret Beyl gələcək karyerası haqda danışıb. Qol.Az-ın məlumatına görə, uelsli futbolçu İspaniya mətbuatına açıqlamasında uzun müddət Madrid klubunda qalmaq istədiyini bildirib: 

"Uzun müddət "Real"da qalmaq və çoxlu titullar qazanmaq istəyirəm. "Real"ın bu mösüm Çempionlar Liqasını qazanması üçün yaxşı şansı var. Qarşıda bizi vacib yarımfinal oyunları gözləyir. Final isə bu artıq xəyaldır. "Real"da oynamaqdan həzz alıram. Çünki "Real" dünyanın ən yaxşı komandasıdır və bütün turnirlərdə yalnız qələbəyə oynayır. Ümid edirəm ki, Uels millisinin heyətində dünya çempionatında iştirak edəcəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31