"Mançester Yunayted" Evraya əvəzləyici tapdı
11 Aprel 2014 13:07 İdman"Real" (Madrid) klubunun müdafiəçisi Fabio Koentraoya təkliflər gəlməkdə davam edir. Qol.Az-ın "Daily Star"a istinadən verdiyi məlumata görə, "Mançester Yunayted" klubu portuqaliyalı futbolçunun xidmətində maraqlıdır. "Qırmızı şeytanlar"ın baş məşqçisi Devid Moyes Koentraonu mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Patris Evraya alternativ kimi görür. Bu məqsədlə Mançester təmsilçisi 26 yaşlı futbolçunun transferi üçün "Real"a 12 milyon avro təkliflə müraciət edib.
Qeyd edək ki, Koentrao ilə "Yuventus" və "Çelsi" klubları da yaxından maraqlanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31