Arda Turan: "Finalda qalib gəlsək, "Qalatasaray"ın bayrağını açacam"

"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə görüşdən (1:0) sonra maraqlı açıqlamaları ilə yadda qalıb. Qol.Az-ın "habertürk"ə istinadən verdiyi məlumata görə, türkiyəli futbolçu Çempionlar Liqasını qazanacaqları təqdirdə "Qalatasaray"ın bayrağını açacağını bildirib:

"Çempionlar Liqasında finala qalaraq kuboku götürsək, təqdimetmə mərasimində "Qalatasaray"ın bayrağını açacağam. Mən zədə səbəbindən meydanda deyildim, ancaq komanda yoldaşlarım mükəmməl oyun sərgilədilər. Oyunda daha fərqli hesabla qalib gələ bilərdik. Ümid edirəm ki, yarımfinalı da uğurla keçərək finalda qalib gələrik".

Qeyd edək ki, Arda zədəli olduğu üçün "Barselona" ilə oyunu buraxmışdı. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31