Droqba "Qalatasaray"ın təklifini rədd etdi
10 Aprel 2014 19:50 İdman"Qalatasaray" klubu futbolçusu Didye Droqbaya bir illik müqavilə təklif edib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, ancaq fildişi sahilli futbolçu bu təklifi müsbət cavablandırmayıb. O, sözləşməsinin daha iki il uzadılmasını istəyib. Bundan başqa, Droqba illik gəlirinin 3 milyon avrodan aşağı olmamasını da rəhbərliyə bildirib.
Qeyd edək ki, Droqbanın "Cim Bom"la müqaviləsi mövsümün sonu başa çatır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31