Andre Şürle: "Çelsi" autsayder deyil"
10 Aprel 2014 20:17 İdman"Çelsi" klubunun futbolçusu Andre Şürle komandasının Çempionlar Liqasındakı şanslarını dəyərləndirib. Qol.Az-ın məlumatına görə, "goal.com"a danışan almaniyalı futbolçu "Çelsi"nin 4 komanda arasında autsayder olması fikri ilə razılaşmayıb:
"Yarımfinaldakı 4 komanda arasında "Çelsi"nin autsayder olduğunu düşünmürəm. Biz istənilən rəqibi məğlub edə bilərik. Əminəm ki, hər 4 komanda turnirin qalibi olmaq üçün əllərindən gələni edəcəklər. Görək, yarımfinalda qismətimizə hansı komanda çıxacaq".
Qeyd edək ki, "Çelsi"nin Çempionlar Liqasının yarımfinalındakı rəqibinə sabah, Bakı vaxtı ilə saat 15:00-da aydınlıq gələcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31