İdman rəqsləri üzrə Bakı şəhər çempionatı keçirilib
10 Aprel 2014 12:43 İdmanBakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "ABU arena" salonunda idman rəqsləri üzrə Bakı şəhər çempionatı keçirilib. Baş İdarədən "OLAYLAR"-a daxil olan məlumata görə, yarışda 88 idmançı, o cümlədən 44 oğlan və 44 qız, "Olimp", "Şane", "Odlar Yurdu", "Azəri İnciləri", "Çinar", "Rəqs Dünyası", "Siluet" və "Rovesnik" idman klublarını təmsil edib. Yarışda "Yeniyetmələr II" yaş qrupunda - Raul İsgəndərov və Roksana Atalan (St, La) - "Olimp" idman klubu, "Gənclər" yaş qrupunda - Valeriy Krasavin və Yelizaveta Novikova (St, La) - "Sirdaş" idman klubu, "Böyüklər" yaş qrupunda - Arif Məmmədov və Mira Nağıyeva (St) - "Olimp" idman klubu, Fərid Mehdiyev və Cəmilə Çernova (La) - "Şane" idman klubu I yerlərə layiq görülüb. Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.