Yarımfinala son addım

10 Aprel / 2014 / 09:40

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, cavab oyunları yarımfinalçıların adlarına aydınlıq gətirəcək.

Baş tutacaq 4 qarşılaşmanın hamısı eyni vaxtda başlayacaq. Bu matçlardan 3-ü Pireney yarımadasında keçiriləcək. "Benfika" Hollandiyada məğlub etdiyi "Alkmaar"la öz meydanında qarşılaşacaq.

İspaniyadakı matçlarda isə meydan sahibləri səfər yenilgisinin əvəzini çıxmağa çalışacaqlar. "Sevilya" "Porto"dan minimal hesablı məğlubiyyətin əvəzini çıxmalıdır. "Valensiya"nın işi daha çətindir.  

İtaliya "Yuventus"u da yarımfinalın astanasındadır. Turinlilər Fransada minimal hesabla qalib gəldikləri "Lion"u sınağa çəkəcək.

Avropa Liqası, 1/4 final, cavab oyunları

10 aprel

00:05. "Sevilya" (İspaniya) - "Porto" (Portuqaliya)

İlk oyun - 0:1

00:05. "Benfika" (Portuqaliya) - "Alkmaar" (Hollandiya)

İlk oyun - 1:0

00:05. "Yuventus" (İtaliya) - "Lion" (Fransa)

İlk oyun - 1:0

00:05. "Valensiya" (İspaniya) - "Bazel" (İsveçrə)

İlk oyun - 0:3

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31