Qvardiola: "Sizinlə pivədən mərcə də girə bilərəm"
9 Aprel 2014 20:45 İdman"Mançester Yunayted" klubunun hücumçusu Ueyn Runinin bu axşam Çempionlar Liqasının 1/4 finalının cavab qarşılaşmasında "Bavariya"ya qarşı oynayıb-oynamayacağı hələ də sual altındadır. Qol.Az-ın məlumatına görə, "Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola isə ingilis hücumçunun bu axşam meydana çıxacağına əmindir. O,dünən keçirilən mətbuat konfransında Runinin oynayacağı ilə bağlı jurnalistlərlə mərcə girməkdən belə çəkinməyib: "Yüz faiz əminəm ki, Runi meydana çıxacaq. Sizinlə bununla bağlı pivədən mərcə də girə bilərəm".
Qeyd edək ki, "Bavariya" - "Mançester Yunayted" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31