Serxio Ramos: "Yarımfinala vəsiqəni haqq etdik"
9 Aprel 2014 20:23 İdman"Real" (Madrid) klubunun müdafiəçisi Serxio Ramos Çempionlar Liqasında 1/4 final mərhələsinin "Borussiya" ilə görüşü haqda danışıb.
Qol.Az-ın məlumatına görə, ispaniyalı futbolçu UEFA-nın rəsmi saytına açıqlamasında komandasının yarımfinala vəsiqəni haqq etdiyini bildirib: "Borussiya"nın dünənki oyununa görə onlara hörmətlə yanaşıram. Rəqibimiz çox yaxşı komandadır və azarkeşlərinin dəstəyi sayəsində gözəl oyun sərgilədilər. İlk oyunda böyükhesablı qələbə qazanmağımıza baxmayaraq cavab qarşılaşmasında problemlə üzləşdik. Bununla belə, komandamın yarımfinala vəsiqəni haqq etdiyini düşünürəm".
Qeyd edək ki, səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan "Real" ilk oyunda 3:0 hesablı qələbə qazandığından yarımfinala adlayan tərəf olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31