"Kroos 2015-ci ilə qədər "Bavariya"da qalacaq"
9 Aprel 2014 20:38 İdman"Bavariya" klubunun futbolçusu Toni Kroos yeni mövsümdə də komandada qalacaq. Qol.Az-ın məlumatına görə, bu barədə futbolçunun meneceri Volker Strus açıqlama verib. "Son günlərdə Kroosun digər komandaya keçəcəyi ilə bağlı xeyli xəbərlər yayılıb. Bunlar haqda danışmaq niyyətində deyiləm. Ancaq onu deyə bilərəm ki, Kroos 2015-ci ilə qədər "Bavariya"da qalacaq" - deyə Strus bildirib.
Qeyd edək ki, 24 yaşlı futbolçunun mövsümün sonunda "Mançester Yunayted"ə transfer olunacağı iddia edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31