Bekhem viskiyə qurşandı
Futbolçu şotland viskisini öz brendi altında buraxacaq
9 Aprel 2014 12:44 İdmanİngiltərə yığmasının sabiq futbolçusu Devid Bekhem maraqlı açıqlama verib. Futboldan ayrılan Bekhem daha bir yeniliyə əl atıb. O bildirib ki, bundan sonra şotland viskisini şəxsi brendi altında buraxacaq. "Mançester-Yunayted" və Madridin "Real" komandalarının keçmiş oyunçusu ortağı olan Saymon Fuller ilə birlikdə Haig Club markası yaratmaq fikrinə düşüb.
Yeni içki 2014-cü ilin sonlarında satışa buraxılacaq. Viskinin bir şüşəsi 65 dollar dəyərində olacaq. Haig Clubun satış strategeyası ilə spirtli içkilər ilə məşğul olan məşhur Diageo şirkəti həyata keçirəcək.
Devid Bekhem bildirib ki, viskinin istehsalı ilə Şotlandiyanın House of Haig adlı çaxır evi çəşğul olacaq. Keçmiş futbolçu şəxsi İnstaqram səhifəsində viskinin şüşəsinin fotosunu paylaşıb. ans