"İbrahimoviçsiz də "Çelsi" ilə bacaracağıq"
8 Aprel 2014 19:46 İdmanPSJ klubunun hücumçusu Esekiel Lavezzi Çempionlar Liqasının 1/4 finalının cavab oyunu çərçivəsində bu axşam qarşılaşacaqları "Çelsi" ilə matç barədə fikirlərini bildirib. Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Zlatan İbrahimoviçin yoxluğuna toxunan Lavezzi komandasının isveçli forvardsız da "Çelsi" ilə bacaracağını deyib:
"İbrahimoviç dünyanın ən yaxşı hücumçularından biridir. Təəssüf ki, Londondakı görüşdə o iştirak etməyəcək. Bununla belə, biz onsuz da "Çelsi" ilə bacaracağıq. Bizim çox yaxşı ehtiyat futbolçularımız var".
Qeyd edək ki, "Çelsi" - PSJ oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31