"Çelsi"nin futbolçusu "Monako"nun hədəfində

" klubunun müdafiəçisi Eşli Koul daha bir komandanın transfer hədəfinə düşüb. Qol.Az-ın Britaniya mətbuatına görə, ingilis futbolçu ilə "Monako" klubu yaxından maraqlanır. Fransa təmsilçisi Koulun keçidi üçün qarşı tərəfə 12 milyon avro təklif edib. "Çelsi"nin əsas heyətindən kənarda qalan təcrübəli futbolçunun da mövsümün sonunda komandadan ayrılmaq istədiyi bildirilir. 33 yaşlı futbolçunun mövsümün sonunda hansı qərar verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Türkiyənin "Beşiktaş" klubu da mövsümün sonunda Koulu transfer etməyi planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31