"Yuventus" 66 illik rekorda şərik çıxdı
8 Aprel 2014 19:40 İdmanİtaliya A Seriyasında ardıcıl 3-cü çempionluğuna doğru gedən "Yuventus" klubu əzəli rəqibi "Torino"nun 66 illik rekorduna şərik olub.
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Turin təmsilçisi son turda "Livorno"nu 2:0 hesabı ilə məğlub etməklə evdə ardıcıl 16-cı qələbəsini qazanıb. Bu nəticə ilə "Yuventus" "Torino"nun 1947/1948 mövsümündə evdə ardıcıl 16 oyunluq qələbə seriyasına şərik çıxıb.
Qeyd edək ki, "Yuventus" sona 6 tur qalmış ən yaxın izləyicisi "Roma"nı 8 xal qabaqlayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31