Levandovski: "Real"ın prezidenti ilə görüşmüşəm"
8 Aprel 2014 20:14 İdman"Borussiya"nın futbolçusu Robert Levandovski "Real"ın ötən yay onu transfer etmək istədiyini təsdiqləyib. Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə o, Çempionlar Liqasının 1/4 finalında Madrid klubu ilə oyun öncəsi deyib. Polşalı hücumçu ötən mövsüm ÇL-də "Santyaqo Bernabeu" stadionunda "Real"la matçda sonra bu görüşün baş tutduğunu bildirib: "Ötən mövsüm İspaniyada Madrid klubunun prezidenti Floretino Perezlə görüşdüyüm doğrudur".
Qeyd edək ki, Levandovski qış transferi pəncərəsində "Bavariya" ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən o, yeni mövsümdən Münhen təmsilçisində çıxış edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31