Klopp: "Şansımız hələ də var"

"nın baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasında növbəti mərhələyə yüksəlmək şanslarının hələ də olduğunu düşünür.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, ÇL-in 1/4 finalında  "Real"la cavab qarşılaşması öncəsi keçirilən mətbuat konfransında buna nail olmaq üçün çalışacaqlarını deyib: "Ötən mövsüm finalda oynadıq. Amma bu il növbəti mərhələyə yüksəlməyimiz çətin görünsə də, şansımız hələ də var". Klopp onu da bildirib ki, bu turnirin favoriti "Real"dır:

"İlk matçda komandam çox pis oyun nümayiş etdirdi. Ancaq cavab qarşılaşmasının yaxşı keçəcəyini düşünürəm. Qələbə qazanmaq istəyirik" - deyə baş məşqçi qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31