"Atletiko" üçün daha bir türk futbolçu

Arda Turandan sonra daha bir türk futbolçu "Atletiko"da oynaya bilər. Qol.Az-ın İspaniyanın "El Mundo Deportivo" qəzetinə istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi "Hamburq"un oyunçusu Hakan Çalhanoğlu ilə yaxından maraqlanır. Baş məşqçi Dieqo Simeone istəyilə ilə Madrid klubunun yaxın günlərdə futbolçiya rəsmi təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, "Atletiko"da hazırda türk futbolçulardan yalnız Arda Turan çıxış edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31