Raul Amerikada oynamaq istəyir
8 Aprel 2014 20:20 İdmanQətərin "Əl Sədd" klubunun futbolçusu Raul Qonzales karyerasını Amerika Liqasında davam etdirə bilər. Qol.Az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə 36 yaşlı futbolçunun özü deyib. Daha öncə 2015-ci ildə karyerasını başa vuracağını açıqlayan ispaniyalı futbolçu növbəti mövsümdən ABŞ-da oynamaq istədiyini bildirib. Raulla "Los Angeles Qalaksi" və "Nyu York Red Bulls" klubları yaxından maraqlanır.
Qeyd edək ki, Raul 2012-ci ildə "Şalke"dən "Əl Sədd" klubuna transfer olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31