"Trabzonspor"-"Fənərbaxça" matçı ilə bağlı qərar verildi

TFF-dən bildirilib ki, İdarə heyəti "Fənərbaxça" klubuna texniki qələbə verib

Türkiyə Futbol Federasiyası "Trabzonspor"-"Fənərbaxça" matçıyla əlaqədar qərarını verib. TFF yarıda qalan qarşılaşmanın "Fənərbaxça"nın lehinə 3-0 hesabı ilə qalib sayılmasına qərar verib. Bu qərarın ardından lider "Fənərbaxça"nın xalı 63-ə yüksəlib. Bununla da İstanbul təmsilçisi rəqibləri "Beşiktaş" və "Qalatasaray" ilə arasındakı xal fərqini 10-a yüksəlib. 

TFF-dən bildirilib ki, İdarə heyəti "Fənərbaxça" klubuna texniki qələbə verib:

"Türkiyə Futbol Federasiyası İdarə heyəti "Fənərbaxça" lehinə 1-0 hesabı ilə davam edən oyunun müsabiqə hakimi tərəfindən tətil edilməsi ilə əlaqədar olaraq "Trabzonspor" klubunun Futbol Müsabiqələrinin Talimatının 19-cu maddəsinə uyğun olaraq (3-0) məğlub sayılmasına, "Fənərbaxça" Klubunun isə ( 3-0) qalib sayılmasına qərar verib".

Xatırladaq ki, Türkiyə Super Liqasında "Trabzonspor" və "Fənərbaxça" arasında 10.03.2014 tarixində baş tutan oyun çıxan hadisələr nəticəsində 45-ci dəqiqədə yarımçıq qalmışdı. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31