Dieqo Kosta üçün 48 milyon avro
8 Aprel 2014 15:02 İdmanFransanın "Monako" futbol klubu "Atletiko Madrid"in hücumçusu Dieqo Kosta üçün 48 milyon avro ödəməyə hazırdır. Apasport.az saytının məlumatına görə, fransızlar vergilər də nəzərə alınmaqla futbolçunun özünə 150 milyon avro təklif edirlər.
Bu məbləğ Kostanın komanda seçimi zamanı həlledici ola bilər. Qeyd edək ki, "Atletiko"nun hücumçusunu "Çelsi" də öz sıralarına qatmaq istəyir. Maraqlıdır ki, "Monako" və "Çelsi" ötən il "Atletiko"nun digər hücumçusu Radamel Falkao uğrunda mübarizə aparırdılar. Falkao o zaman Fransa sahillərini üstün tutmuşdu.Dieqo Kosta bu mövsüm keçirdiyi oyunlarda 33 qol vurub. O, "Atletiko"nun heyətində İspaniya kubokunun (2012/2013), Avropa Liqasının (2011/2012) və UEFA Superkubokunun (2010 və 2012-ci illər) sahibi olub.