“Mustafa Dənizli Türkiyə millisini çalışdırmağa hazırdır”
8 Aprel 2014 14:58 İdman"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Türkiyə millisini çalışdırmağa hazırdır. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən açıqlayıb. O bildirib ki, TFF-dən Dənizliyə yığmanı çalışdırmaq təklifi edilməsi haqda yazılan xəbərlər o qədər də inandırıcı deyil. Dəmirorən belə bir mütəxəssisin millinin "sükanı arxasına" keçməyə həmişə hazır olduğunu, bu üzdən də onunla bu haqda danışmağa da lüzum görmədiyini qeyd edib: "Düşünmürəm ki, Türkiyə Futbol Federasiyasından kimsə Mustafa Dənizli ilə bu haqda danışıb. Belə bir mütəxəssisə "hazır ol" deməyə də ehtiyac yoxdur. Onsuz da onunla ürəkdən bağlıyıq".
Qeyd edək ki, Dənizli 2013-cü ilin payızından "Xəzər Lənkəran"ı çalışdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31