Flavinyo məşqə qatılmadı
8 Aprel 2014 14:55 İdmanTopaz Premyer Liqasının XXX turunda "İnter"lə qarşılaşacaq "Neftçi" məşqlərə start verib. Apasport.az xəbər verir ki, bir günlük istirahətdən sonra "ağ-qaralar" hazırlıqlarını komandanın bazasında davam etdiriblər. Bir saatlıq məşqdə komandanın əsas futbolçularından olan Flavinyo və Bahodir Nasimov qatılmayıb.
Zədəli Bahodir Nasimovdan fərqli, Flavinyo keçən tur "Bakı"ya qarşı oyunda xəsarət alıb. Amma ayağında ağrılar hiss edən futbolçunun zədəsi ciddi deyil. O, sabahdan məşqlərə qoşulacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31