AFFA klubları cəzalandırdı
8 Aprel 2014 14:54 İdmanBu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın 29-cu turunda baş verənlərlə bağlı müvafiq qərarlar qəbul edib. "Xəzər Lənkəran" - "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. "Neftçi" - "Bakı" matçının 2, 42, 49, 80-cı dəqiqələrində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimələnib.
"Rəvan" - "Sumqayıt" matçında stadionda PFL və Respect bayraqları asılmadığı üçün meydan sahibi klub 1000 manat cərimə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31