Çempionlar Liqası: Yarımfinala kim çıxacaq?

Çempionlar Liqasının 1/4 finalının cavab oyunlarına start veriləcək.Qol.Az-ın məlumatına görə, ilk oyun gününə iki qarşılaşma nəzərdə tutulub.London "Çelsi" klubu Fransanın PSJ klubunu qəbul edəcək. İlk görüşdə səfərdə PSJ-yə 1:3 hesabı ilə uduzan London təmsilçisi həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.Günün digər qarşılaşması isə Dortmundda baş tutacaq. Burada yerli "Borussiya" klubu Madrid "Real"ı ilə qarşılaşacaq. Madrid təmsilçisi ilk görüşdə 3:0 hesabı ilə qələbə qazandığından bu oyuna bir qədər rahat çıxacaq.

Qeyd edək ki, 1/4 finalın cavab oyunlarına sabah axşam keçiriləcək iki oyunla yekun vurulacaq.

8 aprel

Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

23:45. "Çelsi" (İngiltərə) - "PSJ (Fransa) (İlk oyun - 1:3)

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Real" (Madrid, İspaniya) (İlk oyun - 0:3)

9 aprel

23:45. "Barselona" (İspaniya) - "Atletiko" (Madrid, İspaniya) (İlk oyun - 1:1)

23:45. "Bavariya" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə) (İlk oyun - 1:1)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31