"Mançester Siti"nin Suarez israrı davam edir

"Mançester Siti" klubu mövsümün sonunda "Liverpul"un hücumçusu Luis Suarezi transfer etməyi planlaşdırır.

Qol.Az-ın "The Sunday Times"ə istinadən verdiyi məlumata görə, Mançester təmsilçisi yenidən uruqvaylı futbolçu ilə danışıqlar aparır.

"Mançester Siti" klubu 27 yaşlı futbolçunun keçidi üçün "Liverpul"a yüksək məbləğ təklif etməyə hazırlaşır. Təcrübəli futbolçu da hələlik gələcəklə bağlı qərarını açıqlamayıb. Suarezin mövsümün sonunda "Real" (Madrid) klubuna transfer olunacağı bildirilir.

Qeyd edək ki, Suarez 2011-ci ildə "Ayaks"dan "Liverpul"a transfer olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31