Ançelottinin yerinə Zidan?
7 Aprel 2014 20:00 İdman"Real"ın baş məşqçisi Karlo Ançelottinin köməkçisi olan Zinəddin Zidan haqda yeni iddia ortaya atılıb. Qol.Az-ın "France Football"a istinadən verdiyi məlumata görə, 2016-ci ilin iyulundan Madrid klubunu fransalı mütəxəssis çalışdıracaq. Həmin il K.Ançelottinin sözləşməsi bitəcəyi üçün onu Z.Zidan əvəzləyək.
Qeyd edək ki, Z.Zidan açıqlamalarında tez-tez baş məşqçi kimi çalışmaq istədiyi bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31