Kroyf: "Mourinyo yalnız futbolçularını günahlandırır"

Hollandiya futbolunun canlı əfsanəsi Yohan Kroyf "Çelsi"nin baş məşqçisi haqda maraqlı fikirlər səsləndirib. 

Qol.Az-ın məlumatına görə, "De Telegraaf"a danışan Kroyf Mourinyonun məğlubiyyətdə yalnız futbolçuları günahlandırdığını bildirib: 

"PSJ səviyyəli futbolçulara malik çox güclü komandadır. "Çelsi"nin də yaxşı oyunçuları var, ancaq Mourinyo narazı görünür. O hər zaman eynidir.  Komandada işlər yaxşı getdiyində bunu öz işinin bəhrəsi kimi qələmə verir. Lakin işlər yolunda getmədikdə futbolçuları günahlandırır. O "Real"da belə idi. İndi isə həmin ssenarini "Çelsi"də görürəm. Mourinyonun əsas problemi onun yalnız nəticəyə oynamasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31