Arda "Barselona" ilə matçda oynayacaqmı?
7 Aprel 2014 21:05 İdman"Atletiko"nun futbolçusu Arda Turan Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə cavab qarşılaşmasını buraxmalı olacaq.
Qol.Az-ın "AS" qəzetinə istinadən yaydığı xəbərə görə, Kataloniya klubu ilə matçda zədələnən türk yarımmüdafiəçinin dincəlməyi vacibdir. Baş məşqçi Dieqo Simeonenin Ardanın yerinə qış transferi pəncərəsində heyətə qatdığı Dieqo Ribası oynadacağı bildirilir.
Qeyd edək ki, Dieqo "Barsa" ilə ilk matçda komandasının yeganə qolunu vurmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31