Dünyanın ən çox qol vuran qapıçısı karyerasını yekunlaşdırır

Futbol tarixinin ən məhsuldar qapıçısı braziliyalı Rojerio Seni bu ilin sonunda karyerasına yekun vuracağını açıqlayıb.

Trend-in cümə günü İTAR-TASS-a istinadən verdiyi məlumata görə, R.Seni bildirib ki, bu il onun "San Paulu" klubunda və ümumiyyətlə futbol karyerasında sonuncu ildir.

Qeyd edək ki, o, 23 illik karyerası ərzində yalnız bu klubun formasını geyinib. Keçirdiyi 1000-dən çox oyunda 114 dəfə qol vurub. Braziliyalı ən məhsuldar qapıçı kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31