FİFA Uruqvayla bağlı qərarını verdi

Uruqvay millisini "DÇ-2014"dən uzaqlaşdırılmayacaq. Qol.Az-ın "Milliyət" qəzetinə istinadən verdiyi məumata görə, FİFA-nın prezidenti Yozef Blatter yığmanın cəzalandırılmacayağını deyib:  "Uruqvay dünya çempionatına gedəcək və qrupdan çıxmaq üçün mübarizə aparacaq".

Qeyd edək ki, Uruqvay hökuməti yerli futbol federasiyasının işinə qarışdığı üçün ölkə millisinin "DÇ-2014"dən uzaqlaşdırılacağı iddia edilirdi. Hakimiyyətin təzyiqindən sonra isə Uruqvay Futbol Assosiasiyası tam tərkibdə istefaya gedib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31