"Arsenal"ın futbolçusundan şad xəbər

Zədə səbəbindən uzun müddətdir matçlarda oynamayan "Arsenal"ın futbolçusu Aron Remzi sıraya dönüb. Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, yarımmüdafiəçi komandanın son məşqinə iştirak edib. London klubunun baş məşqçisi Arsen Venger futbolçunun "Everton"la matçda qədər tam hazır olacağına ümid etdiyini deyib.

Qeyd edək ki, A.Remzi bu ilin yanvar ayında zədələnmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31