"Kavani ilə bağlı son qərarı biz verəcəyik"
4 Aprel 2014 20:02 İdmanPSJ-nin prezidenti Nasser Əl-Xəlafi klubun futbolçusu Edinson Kavaninin Paris təmsilçisindən ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, uruqvaylı hücumçu oynadığı mövqedən narazılığını bildirmiş və bir dəyişiklik olmayacağı təqdirdə, klubdan ayrılacağını söyləmişdi. N.Əl-Xəlafi isə Kavani ilə son qərarı klub rəhbərliyinin verəcəyini deyib:
"Kavani klubun baş məşqçisi harada oynamasını istəyirsə, onun dediyinə əməl etməlidir. Məşqçi heyətinin qərarına hörmətlə yanaşmalıdır. Kavani ilə bağlı son qərarı biz verəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31