"Real" "Sevilya"nın kapitanı ilə maraqlanır

"Real" uğurlu çıxışı ilə seçilən "Sevilya"nın kapitanı İvan Rakitiçlə maraqlanır. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubu yarımmüdafiəçini transfer etmək üçün indidən "Sevilya" ilə danışıqlara başlayıb. Xorvatiyalı oyunçunun müqaviləsi 2015-ci ildə bitəcəyi üçün klubun Rakitiçin "Real"a getməsinə razılıq verəcəyi bildirilir.

Qeyd edək ki, Rakitiçin təzminat qiyməti 40 milyon avrodur. Ancaq Madrid təmsilçisi daha az məbləğ ödəməyi planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31