Kasilyas cəzalandırıla bilər

"Real"ın futbolçusu İker Kasilyas klub tərəfindən cəzalandırıla bilər. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli qolkiper sevgilisi ilə birgə motosiklet sürərkən görüntülənib.  Ancaq "Real"da futbolçuların motosiklet sürməsinə icazə verilmir.

Kasiyasın bu hərəkətinə görə cəza alıb-almayacağı maraqla gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31