Mourinyo "Bavariya"nın hücumçusunu istəyir
4 Aprel 2014 20:26 İdman"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo yeni mövsüm üçün transfer etmək istədiyi növbəti hücumçunun adını açıqlayıb.
Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis Dieqo Kostadan ("Atletiko", Madrid) sonra "Bavariya"nın forvardı Mario Mandzukiçə "elçi" düşüb.
Bu mövsüm hücum xəttində müəyyən problemlər yaşayan London təmsilçisi bu mövqeyə yeni futbolçular transfer etməyi planlaşdırır. Robert Levandovskinin transferindən sonra "Bavariya"nın Mandzukiçi "Çelsi"yə satacağı iddia olunur. Tərəflər maliyyə məsələsində razılığa gələcəkləri təqdirdə, xorvatiyalı futbolçu yeni mövsümdən İngiltərə Premyer Liqada çıxış edəcək.
Qeyd edək ki, 27 yaşlı futbolçu ilə "Yuventus" klubu da yaxından maraqlanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31