Ançelotti: "Ronaldonun dincəlməsi lazımdır"

İspaniya La Liqasının 32-ci turu çərçivəsində "Real Sosyedad"la qarşılaşacaq "Real" (Madrid) klubu ciddi itki ilə üzləşib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, komandanın aparıcı futbolçusu Kriştiano Ronaldo zədə səbəbindən qarşıdakı görüşü buraxmalı olacaq. 

Bu barədə danışan "Real"ın baş məşqçisi Karlo Ançelotti Ronaldonun istirahətə ehtiyacı olduğunu bildirib: "Ronaldonun zədəsi var, bir qədər dincəlməsi lazımdır. Buna görə də o "Real Sosyedad"la oyunda iştirak etməyəcək. Onunla görüşdüm. Ronaldo da hər bir futbolçu kimi komandanın yanında olmaq istəyir. Ancaq meydana çıxması böyük risk ola bilər. Onun yerinə ya İsko, ya da Morata oynayacaq".

Qeyd edək ki, Ronaldonun Çempionlar Liqasında 1/4 finalının "Borussiya" (Dortmund) ilə cavab görüşündə forma geyinib-geyinməyəcəyi böyük maraq doğurur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31